Bakıda və Biləsuvarda qətl hadisələri törədilib - VİDEO

03.06.2020 19:28

Bakıda gözətçini öldürüb mağazadan 40 min manat pul oğurlayıblar.

Xezerxeber.az-ın məlumatına görə, ağır cinayət iyunun 1-i gecə saatlarında Bakıda, Sabunçu rayonunda baş verib.

Kürdəxanı qəsəbəsində marketlərdən birinin gözətçisi, 65 yaşlı Hüseyn Əhmədov işdə olan zaman naməlum şəxslərin hücumuna məruz qalıb. O, cinayətkarlara müqavimət göstərsə də canını qurtara bilməyib.

Dərhal hadisə ilə bağlı ''102'' xidmətinə məlumat verilib. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Onlar üzərində zorakılıq əlamətləri olan meyiti Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə təhvil veriblər.

Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilən zaman mağazanın seyfindən 40 min manat məbləğində pul vəsaitinin oğurlandığı müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Sabunçu Rayon Polis İdarəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tərtər rayon sakini, 27 yaşlı Fuad Yusifli və Kürdəmir rayon sakini, 28 yaşlı Sadiq Cəlalov tutulublar. Onların qarət etdikləri 40 min manat və müşahidə kamerasının yaddaş bloku maddi sübut kimi götürülüb.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda ''quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə'' və ''zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq'' maddələri ilə cinayət işi başlanıb.

Biləsuvarda da qətl hadisəsi baş verib. Ötən gecə rayon sakini, 28 yaşlı Fərid Hətəmov 36 yaşlı Rəşid Rzayevi aralarında yaranan münaqişə zəminində bıçaqla qətlə yetirib. Şahidlərin bildirdiyinə görə, rayon ərazisindəki kafelərin birində yeyib-içən dostlar arasında mübahisə yaranıb. Mübahisə zamanı hər iki şəxs arasında təhqiredici ifadələr işlədilib. Sonra Fərid Hətəmov əlində saxladığı bıçaqla Rəşad Rzayevı qətlə yetirib.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






203 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR