Azərbaycanda torpaqların şoranlaşmasına qarşı necə mübarizə aparılır? - VİDEO

02.06.2020 21:37

Azərbaycanda kənd təsərrüfatı üçün yararlı 1 milyon 400 min hektar torpaq sahəsi mövcuddur. Bu torpaqların 5-də birə yaxın hissəsində şoranlaşma müşahidə olunur.

Bunu "Xəzər Xəbər"ə müsahibəsində "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin şöbə müdiri Mətləb Quliyev deyib.

Mətləb Quliyevin sözlərinə görə, 2000-ci ildən bu yana "Meliorasiya və Su Təsərrüfatı"nın apardığı tədbirlər nəticəsində 300 min hektardan çox torpaq sahəsinin təkrar şoranlaşmasının qarşısı alınıb.

Şöbə müdiri deyib ki, 2000-ci ildən bu yana əkin torpaqlarında dərininə su axıtma yolu ilə duzlaşmanın qarşısını almaq üçün heç bir tədbir görülməyib. Bunun səbəbi torpaqların özəlləşdirilməsidir. Sovet dönəmində torpaqlar ümumi olduğu üçün hər il 100 min hektar ərazidə təmizlənmə işləri aparılırdı. Ancaq torpaqlar özəlləşəndən sonra bu proses çoxsaylı torpaq sahiblərinin birgə razılığı ilə icra edilə bilər. Bu isə çətin proses olduğundan böyük sahələrdə duzlaşmanın təmizlənməsi prosesi faktiki dayanıb. Ancaq ölkə üzrə ötən il torpaqların şirinləşməsi, eləcə də duzların həcminin azaldılması üçün bir sıra vacib addımlar atılıb.

Mətləb Quliyev bildirib ki, fermerlər torpaqlarında şoranlaşma baş verən zaman bir sıra tədbirlərlə bu prosesin qarşısını özləri ala bilərlər. Bunun üçün həmin ərazilərdə duz sevən nar, alça və süpürgə əkilə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



© xezerxeber.az

FOTOQALERIYA






254 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR