Şəkidə ayının belə zərərsizləşdirilməsi müzakirələrə səbəb olub - VİDEO

01.06.2020 20:11

Ayının boynuna ip salınaraq zərərsizləşdirilməsi və avtomobilə itələnərək mindirilməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Xezerxeber.az-ın məlumatına görə, sözügedən görüntü ötən gün Şəkidə çəkilib.

Mövzuya münasibət bildirən Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnsitutunun əməkdaşı Elşad Əsgərov hesab edir ki, ayının bu vəziyyətdə avtomobilə mindirilməsində hec bir problem yoxdur və normal haldır.

Elşad Əsgərovun sözlərinə görə, hazırda ölkəmizdə vəhşi heyvanların idarə olunması üçün mütəxəssis çatışmazlığı var. Rayonlarda belə insanlar yox dərəcəsindədir və dünənki hadisə də bunu bir daha ortaya çıxardı.

Zooloqun sözlərinə görə, bu sahədə yarana biləcək təhlükənin qarşısını almaq üçün ən ideal variant hazırda regionlarda fəaliyyət göstərən baytarlara xüsusi dərslərin, treninqlərin keçirilməsidir. Onları müəyyən qədər bilgiləndirməklə bu çatışmazlığı həm aradan qaldırmaq, həm də mümkün təhlükəyə vaxtında müdaxilə etmək olar.

O ki qaldı rayonlarda vəhşi heyvanları zərərsizləşdirmək üçün dərmanların olmamasına, Elşad Əsgərov bildirib ki, belə dərmanlar çox təhlükəli olduğundan onları hara, necə gəldi vermək olmaz. Dərmanların gücü ilə bərabər onun istifadə qaydaları da xüsusi bacarıq tələb edir.

Mütəxəssisin sözlərinə görə, bu dərmanlar heyvanın əzələ kütləsinə xüsusi silahla vurulur. Dərman heyvaının çəkisinə görə təyin edilir. Buna uyğun vurulmadığı təqdirdə heyvan ölə və ya daha da aqressivləşib insanlara hücum edə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






269 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR