İctimai yerlərdə maska taxmayanlar cərimələnəcək - Qanun qəbul edildi - VİDEO

01.06.2020 20:18

İyunun 1-də Milli Məclisin 2020-ci il növbədənkənar sessiyasının ilk iclası keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, iclasda İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə edilib və ikinci oxunuşda qəbul edilib. 

Yeniliyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə - fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək. Xətanın təkrar törədilməsinə görə isə fiziki şəxslər 100, vəzifəli şəxslər 200, hüquqi şəxslər 400 manat məbləğində cərimə olunacaq. 

Bəzi millət vəkilləri fiziki şəxslər üçün cərimənin məbləğinin az olmasını təklif etsələr də, yekunda qərar dəyişməyib.

Millət vəkili İsa Həbibbəyli isə Naxcıvana uçuşların bərpası prosesinin tezləşdirilməsinin vacib olduğunu bildirib. Qeyd edib ki, uçuşlar tezliklə bərpa edilməli, tələblər isə sadə olmalıdır.

Millət vəkili Rauf Əliyev isə Bakı şəhərində olan qəzalı evlərə diqqəti cəlb edib. Bildirib ki, hazırda xeyli sayda belə tikili ya təmir edilir, ya da sakinlər yeni mənzillərlə təmin olunur. Lakin siyahıya alınmada ciddi problem var.

İclasda sosial şəbəkələrdə söyüş və təhqirə görə cəzaların tətbiqi məsələsi də müzakirə edilib. Bildirilib ki, bu sahədə olan boşluq ən qısa zamanda qanun layihəsi ilə öz həllini tapmalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






287 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR