9 nəfər “Amanda”nın qurbanı oldu - VİDEO

01.06.2020 09:49

Salvador ərazisində hökm sürən "Amanda” qasırğası səbəbindən azı 9 nəfər həyatını itirib. 

Bu barədə yerli DİN başçısı Mario Duran məlumat verib.

"Həlak olanların hesablanması davam edir”, - o deyib.

Nazir əlavə edib ki, ölkənin bəzi regionlarında elektrik enerjisinin verilişində problemlər müşahidə olunur.

Daha əvvəl Salvadorun Prezidenti Nayib Bukele qasırğa səbəbindən ölkədə 15 günlük fövqəladə vəziyyət elan olunduğunu bildirmişdi.

© xezerxeber.az


143 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR