Azərbaycanla Türkiyə arasında dörd sənəd təsdiq edilib - VİDEO

31.05.2020 20:45

Mayın 31-də Milli Məclisin növbəti plenar iclası keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, iclasın gündəliyindəki əsas mövzulardan biri tibbi maskadan istifadəyə dair cərimələrin miqdarının müəyyən olunması idi.

İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, karantin dövründə maskadan müəyyən edilən yerlərdə istifadə etməyən, eləcə də bu qaydaları ikinci dəfə pozan şəxslər barəsində cərimə sanksiyalarının məbləğləri bəlli olub.

Millət vəkili Azay Quliyev yeni cərimələrin tətbiq edilməsinin əsas istiqamətinin insanları qorumaq olduğunu bildirib.

Müzakirələrdən sonra yeni cərimələr birinci oxunuşda qəbul edilib. 

Plenar iclasda "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinin, "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Sazişin, "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” Sazişin, "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında Saziş”ə Əlavə Protokolun təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra sənədlər səsə qoyularaq təsdiq edilib.

Qeyd edək ki, Milli Məclisin plenar iclasında 12 məsələ müzakirə edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






232 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR