Ticarət mərkəzləri açılır - VİDEO

30.05.2020 20:35

Sabahdan etibarən ticarət mərkəzlərinin fəaliyyətinə icazə verildiyindən bu mərkəzlərdə hazırlıq işləri tamamlanmaq üzrədir. Paytaxtda yerləşən "Mall"lar artıq müştərilərini qəbul etməyə hazırdır. Amma ticarət mərkəzlərinə maska ilə daxil olmaq lazımdır.

Xezerxeber.az-ın məlumatına görə, paytaxtın Qaradağ rayonunda yerləşən böyük ticarət mərkəzlərinə sabahdan etibarən maskasız giriş qadağan ediləcək. İlk gün girişdə maska pulsuz paylanacaq, daha sonrakı günlərdə isə maska satışı həyata keçiriləcək.

Ticarət mərkəzinin ərazisində geniş təmizlik və dezinfeksiya işləri həyata keçirilir. Eyni zamanda bir çox mağazalara "COVID -19" dan qorunmaq üçün tövsiyələrin əks olunduğu məlumat lövhələri vurulub. Bu gün axşamdan etibarən isə dükanlara dezinfeksiyaedici məhlullar qoyulacaq. Qaydalara əməl etməyən sahibkarlar isə ticarət mərkəzinin rəhbərliyi tərəfindən sərt şəkildə cəzalanacaq.

Qeyd edək ki, ticarət mərkəzləri açılsa da, onların nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai-iaşə məkanlarının açılmasına icazə verilməyib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






308 dəfə oxunub

XƏBƏRLƏR

02.07.2020 08:57

Şamaxıda zəlzələ oldu

ÇOX OXUNANLAR