Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Karantin rejimi uzadılır, amma bir sıra məhdudiyyətlər aradan qaldırılır - VİDEO

29.05.2020 21:08

Azərbaycanda karantin rejimi iyunun 15-dək uzadılıb. Lakin mayın 31-dən etibarən karantin qaydalarında yeni yumşalmalar icra ediləcək.

Xezerxeber.az-ın məlumatına görə, bölgələrə gediş-gəliş, toy və yas mərasimlərinə olan qadağalar isə hələ də qalmaqda davam edəcək.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəbəri İbrahim Məmmədov bildirib ki, əgər hansısa ərazidə xəstəliyin çoxalması müşahidə edilərsə həmin yer bütün hərəkətə qapadıla bilər.

Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında qeyd edilib ki, bir sıra qaydalar isə sərtləşdiriləcək. Bu əsasən maskadan istifadə ilə bağlıdır.

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı isə vətəndaşları səhhətlərində hər hansı simptom müşahidə etdikdə dərhal həkimə müraciət etməyi tövsiyə edib. Əks halda başqa cəhdlər vətəndaşların səhhətinin pisləşməsinə səbəb ola bilər.

Ramin Bayramlı heç bir simptom müşahidə edilməyən xəstələrin evdə müalicəsi ilə bağlı sənəd hazırlandığını da bildirib.

O, yoluxmaların sayı artdığı üçün toy mərasimlərinin keçirilməsinin hələ gündəmdə olmadığını da bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






359 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR