Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır - VİDEO

29.05.2020 19:55

İyunun 1-dən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır.

Xezerxeber.az-ın məlumatına görə, müsabiqədə ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlər iştirak edə bilərlər.

Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul müsabiqəsində iştirak etdiyi ixtisas və müvafiq imtahan nəticəsinə əsasən dəyişdirilir.

Müsabiqə bir mərhələdə, proqram təminatı tətbiq olunmaqla elektron qaydada həyata keçiriləcək. Qeydiyyat başa çatdıqdan sonra elektron yerləşdirmə zamanı mövcud qaydalarda nəzərdə tutulan sosial amillərə əsasən ballar artım əmsalı ilə proqram təminatı vasitəsilə hesablanacaq və sistemə daxil ediləcək.

Namizəd elektron qeydiyyatdan keçərkən yalnız öz ixtisasına uyğun olaraq vakansiyalarla tanış olub 4 vakant yer seçim edə biləcək. Ən çox vakat yerlərin hansı ixtisaslara olduğu da açıqlanıb.

Elektron ərizəni təsdiq etdikdən sonra namizədə elektron ərizəni dəyişmək hüququ verilmir.

Qeyd edək ki, elektron sənəd qəbulu 5 iyun saat 23:59-da başa çatacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






230 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR