Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Avtomobil kondisionerinə qulluq necə aparılmalıdır? - VİDEO

29.05.2020 20:12

Havaların isinməsi avtomobil kondisionerlərinə qulluq məsələsini aktuallaşdırıb. Artıq əksər sürücülər kondisioneri işlək vəziyyətə gətirmək üçün ustalara üz tutmağa başlayıblar.

Xezerxeber.az-ın məlumatına görə, mütəxəssislər tövsiyə edir ki, sürücülər harda gəldi avtomobilin kondisionerinə qaz vurdurmasınlar. Xüsusi ilə tərəzi deyilən üsulla kondisionerə qaz vurdurmaq məsləhət deyil. Bu, kustar üsul sayılır və avtomobilin kondisioner sistemini tez sıradan çıxara bilər. İndiki dövrdə xüsusi avadanlıqlar vasitəsi ilə bu sistemə qulluq etmək lazımdır.

Usta Cavidan Muradov deyib ki, hər bir avtomobilin markası bu sistemdə qeyd edilir. Bundan sonra həmin avtomobilin kondisioner sisteminə nə qədər qazın və yağın lazım olduğu müəyyən edilir. Qazın 100 qramı isə 5 manata satılır.

Usta onu da qeyd edib ki, salonda olan filtirlərə də tez-tez qulluq edilməlidir. Həmin filtirlər ən azı ayda 1 dəfə təmizlənməli, 2 ildən bir isə dəyişdirilməlidir.

Bu filtirlərin qiyməti isə 10-15 manat arasında dəyişir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






226 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR