DƏHŞƏTLİ HADİSƏ: Polis şübhəlini boğaraq öldürdü - VİDEO

27.05.2020 09:46

ABŞ-ın Minneapolis ştatında fırıldaqçılıq ittihamı ilə tutulan bir nəfər onu həbs etmək istəyən polis tərəfindən boğularaq öldürülüb.

"CNN Türk" xəbər verir ki, polis dizini şübhəlinin boynuna basaraq, onun boğulmasına səbəb olub.

Yerdə üzü üstə uzanan adamın dəfələrcə "nəfəs ala bilmirəm" deməsinə polis məhəl qoymayıb.

Minneapolis polisi isə şübhəlinin "tibbi problem" səbəbiylə öldüyünü açıqlayıb.

Videoda aydın görünür ki, kişi bir müddətdən sonra hərəkət etməyib.

FTB-nin bəyanatında deyilir ki, polislər vəzifədən kənarlaşdırılıb və araşdırma davam edir.

© xezerxeber.az


169 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR