Qar uçqununun altında qalmış avtomobillər aşkar olundu - VİDEO

25.05.2020 16:10

2020-ci ilin fevral ayında Türkiyənin şərqindəki Van-Bağçasaray yolunda baş vermişqar uçqunu nəticəsində itən avtomobillər aşkar olunub.

Xatırladaq ki, fevral ayının 4-də qeydə alınmış qar uçqunu nəticəsində 42 nəfər həyatını itirmiş, 50-dən çox adam yaralanmışdı.

O zaman hava şəraiti ilə əlaqədar avtomobilləri qarın altından çıxarmaq mümkün olmamışdı.

"İhlas Haber Ajansı”nın (İHA) məlumatına görə, havaların istiləşməsi ilə əlaqədar hadisə vaxtı itən dörd avtomobildən ikisi aşkar olunub.

Avtomobillərin təxliyyə olunması üçün əraziyə xüsusi texnika cəlb olunub./oxu.az


© xezerxeber.az


234 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR