Bakıda Ramazan yarmarkası keçirilir - VİDEO

23.05.2020 21:10

Bu gündən etibarən paytaxtda Ramazan yarmarkaları açılıb. Yarmarkalarda 100-dən artıq fermer öz məhsullarını satışa çıxarıb.


Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Mayis Musayevin sözlərinə görə, yarmarkalarda ümumilikdə 100-dən artıq fermer iştirak edir. Burdaklı bütün fermerlər karantin qaydalarına uyğun fəaliyyət göstərirlər.


Satıcıların sözlərinə görə, yarmarkalardakı məhsulların qiyməti bazarla müqayisədə 30-40 faiz ucuzdur.


Məhsulların qiymətinin münasib olmasını elə alıcılar da təsdiqləyib.


Qeyd edək ki, yarmarkalar 2 gün davam edəcək.




© xezerxeber.az


198 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR