Azərbaycan yeni texnologiya və innovasiyalara hazırdır - VİDEO

23.05.2020 18:57

Azərbaycan yeni texnologiyalara və innovasiyalara nəyinki açıqdır eyni zamanda da hazırdır. Prezident İlham Əliyevin bu istiqamətdə ən aparıcı şirkətlərin rəhbərləri ilə şəxsən özünün görüşməsi əslində bunun ən bariz nümunəsidir. Dövlət başçısının ötən gün "Signify" şirkətinin rəhbərləri ilə videokonfrans formatında görüşü də ilk növbədə bu konteksdə qiymətləndirilməlidir.


Artıq uzun müddətdir ki qlobal səviyyədə yeni reallıqlar və çağırışlar var. Dövlətlərin bu çağırışlarla ayaqlaşması isə bir başa yeni texnologiyala və innovasiyaların tətbiqndən asılıdır. Prezident İlham Əliyevin ötən gün "Signify" şirkətinin rəhbərləri ilə videokonfrans formatinda görüşü bundan öncə isə "CİSCO" şirkətinin rəhbərləri ilə görüşü əslində Azərbaycanın məhz bu çağırışlara adekvat reaksiya verməsinə hesablanıb. Hər şeydən əvvəl onu qeyd etmək lazımdır ki, "Signify" şirkəti öz sahəsində dünyanın ən aparıcı şirkətlərindən biridir. Bu şirkətin istehsalatda əsas prinsipləri mümkün qədər qənaətcil və ekoloji cəhətdən səmərəli məhsul və xidmətlər təqdim etməkdir. Bu iki prinsip Azərbaycan dövləti üçün də prioritet olduğu üçün əlverişli əməkdaşlıq mühiti var. Heç şübhəsiz ki şirkətin Azərbaycanla əməkdaşlıq etməsinə can atmasında Azərbaycanın etibarlı tərəfdaş kimi böyük nüfuzu və ölkədəki münbit investisiya mühiti də böyük rol oynayır.

Görüşdə Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri odur ki, vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün Azərbaycan dövləti ən müasir texnologiyaların tətbiqində qətiyyətlidir. Və el cari ildən biz bunun müsbət nəticələrini görəcəyik.

Diqqət çəkən əsas məqamlardan biri də "Signify" şirkətinin COVID-19 virusu ilə mübarizə sahəsində müasir texnologiyalar üzərində iş aparmasıdır. Şirkət rəhbəri açıq şəkildə bu sahədə Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bəyan etdi. Əslində pandemiya ilə mübarizədə indiyədək örnək model ortaya qoymuş Azərbaycanla bu sahədə əməkdaşlığın məntiqi əsası var. Prezident İlham Əliyevin rəhbərliyində Azərbaycan dövləti pandemiyadan Azərbaycan xalqının ən az itkilərlə çıxması üçün bütün lazımi tədbirləri görüb. İnsanların sağlamlığının qorunması üçün böyük iqtisadi itkilərin gözə alınması əslində dövlətin öz vətəndaşına verdiyi dəyərin göstəricisidir.

Ən müasir texnologiyaların tətbiqi eyni zamanda bununla ayaqlaşacaq kadr potensiyalını zəruri edir. Bu baxımdan Azərbaycanda güclü insan kapitalı formalaşmaqdadır. Bu isə dövlətin məsələyə kompleks yanaşmasını göstərir.


© xezerxeber.az


300 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR