Bakı
18 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Ağsuda avtomobil qaçırıb satan şəxs tutuldu - VİDEO

23.05.2020 18:48

Ağsuda avtomobil satan adamı aldadaraq maşını qaçıran şəxs ələ keçib. O, avtomobili Şirvanda başqa adama satıb. Qəbələ və Qubada da oğruluq etməkdə şübhəli bilinən şəxslər tutulub.

Satılan vtomobili almaq adi ilə sahibini aldadaraq qaçırdıb.

Ağsu rayon sakini Ramil Abuzərov Polis Şöbəsinə müraciət edərək ona məxsus avtomaşının naməlum şəxs tərəfindən oğurlandığı barədə məlumat verib.

Bununla bağlı Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobili əvvəllər məhkum olmuş Kürdəmir rayon sakini Araz Vəliyevin qaçırdığı məlum olub.Bundan sonra Araz Vəliyev avtomobili Şirvan şəhərinə aparıb və onu İlqar Məmmədova satıb.

Keçirilən əməliyyat -axtarış tədbirləri nəticəsində hər iki şəxs Şirvan şəhərində saxlanılaraq Ağsu rayon polis şöbəsinə gətirilib.İlkin dindirmə zamanı Araz Vəliyev etdiyi əməli etiraf edib. Qeyd edək ki, avtomobil zərər görmədən sahibinə təhvil verilib.Faktla bağlı araşdırma aparılır.

Qəbələdə isə qoyun oğruları tutulub. Rayon Polis Şöbəsinə şəxsi təsərrüfatdan naməlum şəxs və ya şəxslər tərəfindən 12 baş qoyunun oğurlanması barədə müraciət daxil olub.xırdabuynuzlu heyvanları oğurlayan şəxslərin rayonun Kürd kənd sakinləri, əvvəllər də oğurluğa görə məhkum olunmuşlar - Məhəmməd Məmmədxanov və Anar Aslanov, həmçinin Ağdam rayon sakini Vahid Qəhrəmanov olduğu müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanıb.

Qubada da oğru tutulub.Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Dəvədabanı yaşayış massivi ərazisində yerləşən evlərin birindən bir ədəd samovar, eləcə də geyim və digər məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun rayon sakini, 19 yaşlı Əli Ağabəyov olduğu müəyyən edilib.onun törətdiyi başqa bir oğurluq hadisəsinin də üstü açılıb. Belə ki, saxlanılan şəxs cari ilin may ayının əvvəlində rayon ərazisində yerləşən evlərin birinə qanunsuz daxil olmaqla oradan iki ədəd velosiped oğurlayıb.


© xezerxeber.az


319 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR