"Səni Axtarıram'' verilişinin 10 yaşı tamam olur - VİDEO

10.04.2020 19:16

Xəzər Televiziyasında həftə içi 5 gün yayımlanan ''Səni Axtarıram'' verilişinin 10 yaşı tamam olur. "Dərdini bizə danış" şüarı ilə yola çıxan "Səni Axtarıram" verilişi 2010-cu ildə efirə çıxıb.

Xezerxeber.az-ın məlumatına görə, ''Səni Axtarıram'' layihəsi ilk dəfə rubrika kimi tamaşaçılara təqdim olunub. Bu rubrika vasitəsilə doğmalarını itirən insanlar onların axtarışına başlayıb. Çoxsaylı müraciətlər və tamaşaçıların etimadı sayəsində "Səni Axtarıram" 2011-ci ildən Xoşqədəm Hidayətqızının müəllifliyi və aparıcılığı ilə 2 saatlıq veriliş olaraq yeni efir həyatına başlayıb.

Xoşqədəm Hidayətqızı deyir ki, 10 il ərzində ''Səni Axtarıram''a çox böyük həyat, ümid, sevinc və göz yaşları sığdırıb.

Aparıcı bildirir ki, geridə qalan 10 il onun üçün həm də çox yorucu keçib. Övladlarına çox vaxt ayıra bilmədiyi üçün onların böyüməyini yaxından izləyə bilməyib. Bəzən efirdən getməyi də düşünüb, amma yüzlərlə insanın sevinci onu təkrar efirə qaytarıb.

Qeyd edək ki, verilişin əsas qayəsi doğmalarını itirən, uzun illər bir-birini görməyən insanları qovuşdurmaqdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






216 dəfə oxunub

XƏBƏRLƏR

25.05.2020 19:40

Zidan Edeqoru qaytarır

ÇOX OXUNANLAR