Prezident İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir - VİDEO

10.04.2020 18:36

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyü işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bununla əlaqədar dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir.

Xezerxeber.az-ın məlumatına görə, bu dəfə müəllimlər Prezident İlham Əliyevə təşəkkür ünvanlayıb.

Təşəkkür məktubları təkcə Bakıdan yox, ölkənin bütün bölgələrindən edilir. Onların arasında məcburi köçkün məktəbləri ilə yanaşı, ucqar kəndlərin müəllimləri də var.

Onlar çəkdikləri videolar vasitəsilə dövlətin hər zaman müəllimə qayğı ilə yanaşdığını vurğulayıblar.

Müəllimlər həmçinin, pandemiyanın tezliklə bitməsini və tədrisin normal davam etməsini arzulayıblar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



© xezerxeber.az

FOTOQALERIYA






127 dəfə oxunub

XƏBƏRLƏR

25.05.2020 19:40

Zidan Edeqoru qaytarır

ÇOX OXUNANLAR