Milli Məclisdə Nazirlər Kabinetinin hesabatı dinlənilib - VİDEO

09.04.2020 18:46

Aprelin 9-da Milli Məclisin növbəti plenar iclası keçirilib.

Xezerxeber.az xəbər verir ki, iclası açan Milli Məclisin sədri Sahibə Qafarova gündəliyi təqdim edib.

Sədr həmçinin qeyd edib ki, bu gün bəşəriyyətin qarşılaşdığı koronavirus pandemiyasını bir çoxları müharibə ilə müqayisə edir. Amma bu dəfə müharibədə insanlığa meydan oxuyan görünməz düşməndir. Azərbaycanda bu bəlaya qarşı mübarizədə həkimlər və tibb işçiləri, polis və gömrük xidməti əməkdaşları, sərhəd qoşunlarının əsgər və zabitləri, ön cəbhədə olan tibb işçiləri – həkimlər, tibb bacıları, hərbi tibb müəssisələrinin heyəti karantin rejimi şəraitində fədakarlıq göstərirlər. Onlar hər gün öz sağlamlığını təhlükə altına ataraq, bu bəladan qurtulmaq üçün əllərindən gələni edirlər. Biz onlara nə qədər təşəkkür etsək də, azdır.

Sonra Milli Məclisin deputatları pandemiyaya qarşı mübarizədə peşə və vətəndaşlıq borclarını şərəf və vicdanla yerinə yetirən bu fədakar insanları ayaq üstə alqışlayıblar.

Daha sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanılıb.

Əvvəlcə "E.S.Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra məsələ səsə qoyularaq təsdiqlənib.

Daha sonra Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyətinə dair hesabatı barədə çıxışının videoyazısı təqdim olunub.

Müzakirələrdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyətinə dair illik hesabatı səsə qoyularaq məqbul hesab edilib.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, müzakirələrin videoyazısı, stenoqramı Nazirlər Kabinetinə göndəriləcək.

Sonra gündəlikdə olan digər məsələlərə baxılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






241 dəfə oxunub

XƏBƏRLƏR

04.06.2020 18:56

Metro bağlanır

ÇOX OXUNANLAR