Bakıda qanunsuz ət kəsimi məntəqələri aşkarlanıb - Reyd zamanı çəkiliş qrupuna hücum edilib - VİDEO

09.04.2020 18:55

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı Şəhər Ticarət və Xidmət Departamenti və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən birgə paytaxt ərazisində qanunsuz ət kəsimi məntəqələrində reydlər keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, reydlər koronavirus pandemiyasının tüğyan etdiyi bu günlərdə ət kəsimi məntəqələrində sanitar-gigiyenik qaydalarına ciddi əməl edilməsi məqsədi ilə keçirilib.

Reyd zamanı qanunsuz ət kəsmi ilə məşğul olan şəxs çəkiliş qrupuna hücum edib.  

Bakı Şəhər Ticarət və Xidmət Departamentinin rəisi İntiqam Məmmədov bildirib ki, xüsusi karantin rejminin tətbiq edildiyi bu günlərdə yoxlamalar mütəmadi xarakter alacaq.

Qanunvericiliyə əsasən, qanunsuz ət kəsən fiziki şəxslər birinci dəfə 300, hüquqi şəxslər isə 500 manat cərimə edilirlər. Əgər bu hallar təkrar edilirsə cərimə məbləğləri daha da sərtləşdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






499 dəfə oxunub

XƏBƏRLƏR

04.06.2020 18:56

Metro bağlanır

ÇOX OXUNANLAR