Belə vəziyyətdə ölkəmizdə qalan əcnəbilər nə etməlidir? - VİDEO

08.04.2020 20:33

Azərbaycanda koronavirus epidemiyasının yayılması sürətini azaltmaq məqsədi ilə quru və hava sərhədləri bağlanığından bəzi xarici ölkə vətəndaşları Azərbaycanı tərk edə bilmir. Üstəlik onların xaricdən azərbaycana gətirdiyiavtomobillərin də ölkədə qalmamüddəti başaçatıb. Belə vəziyyətdə ölkəmizdə qalan əcnəbilər nə etməlidir ?

Koronavirus pandemiyasının Azərbaycanda yayılmasının qarşısını alması mqəsədi ilə hava və quru sərhədləri bağlanıdığından bir çox xarici ölkə vətəndaşı da ölkələrinə qayıda bilmir. Bununla yanaşı xarici ölkə qeydiyaytlı avtomobillərin də Azərbaycanda qalma müddəti bitərsə onların ölkə daxilində hərəkəti qadağan edilir.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə həmin şəxslər ya avtomobilllərini qeydiyyata saldırmalı, ya da gömrük terminalında saxlamalıdırlar. Bunun üçün ölkə üzrə xüsusi yerlər təyin edilib.

Məsələn hazırda"Qrımızı Körpü" buraxılış məntəqəsinin yaxınlığındakı dayanacaqda çoxlu sayda Rusiya,Gürcüstan və Türkiyəyə aid belə avtomobillər var.

Dövlət Miqrasiya Ximdətindən verilən məlımata görə isə 16 mart-30 aprel tarixlərində Azərbaycanda olma müddəti bitən , lakin gec müracəit edən xarici vətəndaşlar barəsində heç bir inzibati tədbir görülməyəcək. Lakin onlar müvafiq qaydada qeydiyyatdan keçirilməlidirlər.

Qeyd edək ki, hazırda quru və hava sərhədlərində yük daşımalara hər hansı məhdudiyyət tətbiq ediləməyib.

© xezerxeber.az

FOTOQALERIYA






145 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR