FHN vətəndaşlara psixoloji yardım edəcək - VİDEO

08.04.2020 20:49

Koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar ölkəmizdə həyata keçirilən tədbirlər çərçivəsində Fövqəladə Hallar Nazirliyi (FHN) aidiyyəti üzrə fəaliyyətini davam etdirir.

FHN Mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, FHN tərəfindən koronavirus pandemiyası ilə bağlı tətbiq edilən xüsusi karantin rejimində əhalidə yarana biləcək psixoloji problemlərin aradan qaldırılması və onlara mənəvi dəstəyin göstərilməsi məqsədilə nazirliyin peşəkar psixoloqları tərəfindən 24 saat fəaliyyət göstərən telefon xətti vasitəsilə psixoloji konsultasiyalar təşkil olunub.

Psixoloji yardıma ehtiyacı olan vətəndaşlar 8 aprel 2020-ci il tarixindən etibarən FHN-in "112” qaynar telefon xəttinə müraciət edə bilərlər.

© xezerxeber.az

FOTOQALERIYA






251 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR