BMT Azərbaycanı alqışladı - VİDEO

04.04.2020 20:45

BMT-nin ölkəmizdəki idarə heyəti Covıd-19-un yayılmasının qarşısının alınması istiqamətində Azərbaycan hökumətinin səylərini təqdir edir, həmçinin xüsusi karantin rejiminin tətbiqi barədə çağırışını və addımlarını dəstəkləyir. Bu sözləri "Xəzər Xəbər"ə açıqlamasında BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai deyib. O bildirib ki, hazırda BMT-nin nümayəndəliyi ilə Azərbaycan arasında koronavirusla mübarizə çərçivəsində bir neçə istiqamətdə iş aparılır.

BMT-nin Azərbaycandakı nümayəndəliyi hökumətin koronavirusla bağlı gördüyü işləri yüksək qiymətləndirir. Qurumun Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai koronavirusla mübarizə tədbirləri çərçivəsində Azərbaycanın operativ reaksiya verdiyini deyib. Onun sözlərinə görə, Azərbaycan hökuməti bu istiqamətdə çox çevik qərar qəbul etməklə hazırda Avropada müşahidə olunan vəziyyətdən xalqını sığortalayıb.

Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Rezident Əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi Qulam İsakzai həmçinin əlavə edib ki, BMT Covid 19-la mübarizədə Azərbaycanla sıx əməkdaşlıq edir. Beynəlxalq təşkilat pandemiyanın daha uzunmüddətli sosial-iqtisadi təsirini qiymətləndirmək üçün Azərbaycan hökuməti ilə müzakirələr aparır.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Azərbaycan xalqına da müraciət edib. O, özümüzü, ailələrimizi və bütövlükdə ölkəni qorumaq üçün atmalı olduğumuz zəruri addımlardan danışıb.

Qulam İsakzai həmçinin Azərbaycan hökumətinin qlobal səviyyədə keçirilən tədbirlərə töhfəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon ABŞ dolları həcmində dəstəyini xüsusi qeyd edib.

© xezerxeber.az


141 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR