Bu gecədən evdən çölə çıxmaq sms vasitəsi ilə mümkün olacaq - VİDEO

04.04.2020 19:45

Bir neçə saatdan sonra evdən çölə çıxmaq sms vasitəsi ilə mümkün olacaq. Vətəndaşlar 8103 nömrəsinə qısa mesaj göndərməklə evdən nə üçün çıxdıqları barədə rəsmi qaydada icazə alacaqlar. Zəruri səbəblərdən işə getməli olan vətəndaşlar isə "icaze-e.gov. az" saytından qeydiyyatdan keçməlidir.

Bu gecə saat 00-dan etibarən vətəndaşlar ancaq zəruri hallarda evdən çıxa biləcəklər və bunun üçün SMS vasitəsilə icazə almalı olacaqlar..

Vətəndaşlar təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaq üçün icazə almaq məqsədilə 1 rəqəmini 81-03 nömrəsinə göndərməlidir. Ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar 2 rəqəmi daxil edilməlidir. Yaxın qohumunun dəfnində iştirakla əlaqədar isə 3 rəqəmi qısa nömrəyə mesaj olaraq göndərilməlidir.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələrşöbəsinin müdiri Elnur Niftəliyevn sözlərinə görə, zəruri səbəbdən gündəlik işə gedən şəxslər isə mütləq qaydada "icazə-e.gov.az" saytından qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, icazə 2 saat müddətinə gündə 1 dəfə verilir. SMS göndərmək isə ödənişsizdir. Qaydaları pozanları 100-200 manat məbləğində cərimə gözləyir.

© xezerxeber.az


719 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR