Zərurət olmadan küçəyə çıxanlar isə cərimələnirlər - VİDEO

04.04.2020 19:16

Artıq bir neçə gündür ki, karantin rejimi ilə əlaqədar lüzumsuz yerə küçəyə çıxmamaq tövsiyyə olunur.Küçələrdə polis əməkdaşları zərurət olmadan küçəyə çıxanlara cərimə yazır. Əməkdaşlarımız bu gün paytaxt küçələrində olublar. Havaların yağıntılı olmasına baxmayaraq bu gün dəqadağalara əməl etməyən çoxlu sayda vətəndaşa rast gəlinir. Bununla belə müşahidlərə zamanı görünən odur ki,vətəndaşların bir çoxu iş yerindən aldığı arayışla küçəyə çıxır.

İş yerindən icazə sənədi olanlar rahat şəkildə yollarına davam edir. Zərurət olmadan küçəyə çıxanlar isə cərimələnirlər.

Ölkədə tətbiq edilən karantin rejimi ilə əlaqadar küçələrdə polis yoxlamları davam edir.

Sevindirici hal odur ki,insanlar artıq daha çox zərurət olduqda küçəyə çıxırlar.Əksər vətəndaş iş yerindən arayış əsasında işə getmək üçün evdən çıxır.

Bütün xəbərdarlıqlara baxmayaraq yenə də əsassız yerə küçəyə çıxanlar da var.Həmin şəxslər barəsində isə cərimə protokolları tərtbi edildi.

Qeyd edək ki, sabahdan etibarən çölə çıxmaq sms xidməti və iş yerindən rəsmi arayışla olacaq.Qaydaları pozanlar isə 100-200 manat arası məbləğdə cərimə olunur.

© xezerxeber.az


219 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR