Astara sakini narkotik satarkən tutuldu - VİDEO

04.04.2020 19:48

Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi daha bir uğurlu əməliyyat tədbiri nəticəsində 2 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanaraq, qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayonun Şahağacı kənd sakini Elşad Nəsirov 20 qram narkotik vasitə olan tiryəki satarkən cinayət başında saxlanılıb.

Əməliyyat tədbirlərinin davamı olaraq, E.Nəsirovun Şahağacı kəndindəki yaşadığı evə keçirilən baxış zamanı oradan 1 kiloqram 225 qram tiryək, 930 qramdan artıq psixotrop maddə metamfetamin və 2 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktla bağlı Astara RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

© xezerxeber.az

FOTOQALERIYA






181 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR