Azərbaycan Dövlət Akademik Xor Kapellası - Onlar, himnimizi ifa etdi - VİDEO

03.04.2020 21:23

Müxtəlif peşə sahibləriinsanları evdə qalmağa və karantin rejiminə əməl etməyə çağırırlar. Bu təşəbbüsə Müslüm Maqomayev adına Akademik Dövlət Filarmoniyasınınxor kapellası da qoşulub. Onlar , himnimizi ifa edərək, dövlətimizə və xalqımızakarantin günlərindədəstəklərini ifadə ediblər.

Səsləriniböyüksəhnələrdən eşitməyə alışdığımız vokalçılar bu dəfə evlərindən oxudular.Özü də dövlət himnimizi.

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə hazırlanan layihədəMüslüm Maqomayev adına akademik dövlət filarmoniyasınınxor kapellasının 18 solisti iştirak edib.Kapellanın bədii rəhbəri xalq artisti Gülbacı İmanovadır.Onlaynvideo 1 günə hazırlanıb.Xor kapellasının solistləri vətəndaşlarımızıbirlik nümayiş etdirərək, xüsusi karantin rejiminə riayət etməyə səsləyiblər.

Layihədə iştirak edənlər himnimizin həm onlara, həm də hazırda koronavirusla mübarizə aparan digər insanlara güc verəcəyini bildirirlər.

Solistlər ifaları ilə bir daha əhalini bu çətin günlərdə evdə qalmağa səslədiklərini qeyd ediblər.

© xezerxeber.az


321 dəfə oxunub

XƏBƏRLƏR

25.05.2020 19:40

Zidan Edeqoru qaytarır

ÇOX OXUNANLAR