Küçəyə çıxmağa SMS-lə icazə veriləcək - VİDEO

03.04.2020 21:09

Sabah gecədən, yəni aprelin 5-dən etibarən Azərbaycanda bir çox vətəndaşlar yalnız sms-lə icazə aldıqdan sonra çölə çıxa biləcək.Bu barədə Nazirlər Kabineti qərar verib. Beləki xüsusi karantin dövründə vətəndaşların hərəkəti elektron sistemlə tənzimələnəcək , aidiyyatı qurumların əməkdaşları bu sistem əsasında qaydaları pozanları inzibati məsuliyyətə cəlb edə biləcək.

Sistemin fəliyyəti haqqında jurnalistlarə məlumat verənPrezident yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə dövlət agentliyinin sədr müavini Ceyhun Salmanov bildirib ki, vətəndaşlar 3 kateqoriya üzrə 8103 nömrəsinə pulsuz sms göndərib 2 saatlıq icazə ala bilərlər.

2 saat, sms-in göndərildiyi müddətdən deyil, təsdiq mesajı gəldikdən sonra hesablanmağa başlanır. Ona görə vətəndaşlar təsdiq sms-i gəlməmiş evlərini tərk etməməldirlər. Bu sms isə gün ərzində yalnız bir dəfə təsdiq cavabı veriləcək. Sms-in yazılma qaydası isə çox sadədir. Burada evdən çıxma səbəbinə uyğun gələn kateqroiya üzrə 1,2 və ya 3 rəqəmi və şəxsiyyət vəsiqəsinin seriya nömrəsi qeyd edilir.

Bundan sonra məlumatlar avtomatik olaraq Daxili İşlər Nazirliyinin bazasına göndərilir. İcazəsini alan vətəndaş çölə çıxarkən şəxsiyyət vəsiqəsini üzərində götüməlidir. İcazə verilən vətəndaş şəxsi avtomabili ilə də hərəkət edə bilər və zərurət olduqdan bu müddət ərzində yaşadığı ərazini də tərk edə bilər. Bundan başqa həkimə müraciət edən şəxsə 2 saatdan çox müddət lazım olarsa, həkimdən əlavə arayış alaraq onu saxlayan polis əməkdaşlarına təqdim edə bilər. Yaşı 65 dən yuxarı olan şəxslərə isə icazə verilsə belə çölə çıxmaqa icazə verilmir. Sözügedən məsələlərlə bağlı sualı yaranan şəxslər 9108 çağrı mərkəzinə müraciət edə bilərlər.

Karantin dövründə çalışması zəruri olan şəxslər 2 qrupa bölünüb. Birinci qrup şəxslər yalnız iş vəsiqəsi və ya bu olmadıqda iş yerindən arayış əsasında fəaliyyətlərinə davam edə biləcək. Bunlara hüquq mühafizə orqanları, dövlət və özəl müəssələrdə çalışan həkimlər, və bundan başqa bir sıra digər dövlət orqanlarının əməkdaşları daxildir. Karantin dövründə işləməsinə icazə verilən digər şirkətlər və şəxslərlə bağlı məluamtlar isə "icaze.e-gov.az" portalına daxil edilməldir.

İcazəsiz çölə çıxan şəxslər isə aidiyyatı dövlət qurumlarının əməkdaşları tərəfindən inzibati məsuliyyətə cəlb ediləcək.

© xezerxeber.az


429 dəfə oxunub

XƏBƏRLƏR

25.05.2020 19:40

Zidan Edeqoru qaytarır

ÇOX OXUNANLAR