Karantin qaydalarını pozan 12 sürücü həbs edilib - VİDEO

02.04.2020 19:24

Başqa rayonda qeydiyyatda olan sürücülər paytaxt Bakıya getmək istəyən zaman yol polisi tərəfindən cərimə olunur. Buna səbəb isə onların xüsusi karantin qaydalarını pozmasıdır.

Xezerxeber.az-ın məlumatına görə, Abşeron rayonu ərazisində yerləşən yol polisinin Saray postunda nəzarət daha da gücləndirilib.

Ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar nəzarət keçid postunda yol polisi əməkdaşları ilə yanaşı, Daxili Qoşunların hərbiçiləri xidmət aparırlar.Postda Bakı qeydiyyatı olmayanların paytaxta girişinə icazə verilmir.

Bəzi sürücülər karantin qaydalarını pozduğu üçün barələrində 100 manat miqdarında cərimə tətbiq edilib.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev ''Xəzər Xəbər''ə bildirib ki, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazilərindəki nəzarət- keçid postlarında ötən gün səhər saatlarından bu gün səhər saatlarınadək olan müddət ərzində 1600-dən çox nəqliyyat vasitələrinin geri qaytarılması təmin edilib. Ümumilikdə isə bu günədək 16 min 256 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb. Bununla yanaşı, zərurət olmadan yaşadığı mənzildən çıxaraq nəqliyyat vasitələri ilə postların yerləşdiyi, habelə digər yollarla keçməyə cəhd göstərməklə karantin rejiminin pozulmasına görə 12 nəfər inzibati qaydada həbs olunub, 1 243 nəfər isə cərimə olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






258 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR