Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Azərbaycanda vətəndaşlara evdən çıxmaq qadağan olundu - VİDEO

31.03.2020 21:46

Nazirlər Kabineti Yanında Operativ Qərargahın ötən gün verdiyi qərara əsasən, insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları yerlərdə qalmaları tələb olunub. Vətəndaşlara yalnız zəruri olduqda evdən çıxmağa icazə veriləcək. Fəaliyyəti davam edən təşkilatlarda çalışanlar da iş yerlərinə gedə biləcəklər. İşə getmək istəyənlərin problemlə üzləşməməsi üçün diqqət etməli olduğu məqamlar var.

Vətəndaşlara zərurət olmadıqda evdən çıxmaq qadağan edilib…

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, görülən preventiv tədbirlərə baxmayaraq, xəstəliyin ölkə ərazisində yayılması müşahidə edilir. Hazırda Azərbaycanda virusa yoluxma dinamikası gündəlik artmaqdadır. Xəstəliyin bu artım dinamikasına virusun aqressiv və yoluxma sürətinin yüksək olması ilə yanaşı, əhalinin əksər hissənin xüsusu rejim qaydalarının tələblərinə əməl etməməsi, digər şəxslərlə sıx təmasları və ciddi zərurət olmadığı hallarda evdən çölə çıxmaları da təsir edir. Bunu nəzərə alaraq da, bu gündən etibarən insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları yerlərdə qalmaları tələb olunur.

Fərdi evlərdən və mənzillərdən insanların çıxışı təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, həmçinin, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək üçün mümkündür. Məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda işləyənlərə də evdən çıxmağa icazə veriləcək.

Bir sıra sahələr üzrə ictimai iaşə obyekti ilə yanaşı, müştərinin evində də xidmət göstərmək qadağan edilib.

Qadağalara və məhdudiyyətlərə əməl etməyən şəxslər haqqında hüquqi məsuliyyət tədbirləri görüləcək.

© xezerxeber.az


538 dəfə oxunub

ÇOX OXUNANLAR