Məşhur “Sahil usta” karantinə alındı - VİDEO

31.03.2020 19:49

Naxçıvandan qayıdan məşhur avtomobil mütəxəssisi də koronavirus şübhəsiilə karantinə alınıb. Söhbət avtomobil sürücülərinin yaxşı tanıdığı ''Sahil Usta''dan gedir. O, artıq bir neçə gündür ki, karantində həkimlərin nəzarəti altındadır.

Məşhur avtomobil mütəxəssisi ''Sahil Usta'' da koronavirus şübhəsi ilə karantinə alınıb.

Avtomobil ustası Sahil Ağabəylinin sözlərinə görə, mart ayının 21-də Naxçıvandan qayıdarkən Heydər Əliyev adına Beynəlxalq Hava Limanından bir başa karantin mərkəzinə aparılıb. Ustanın sözlərinə görə, onunla təyyarədə olan hər kəs karantinə alınıb.

Ustanın sözlərinə görə, karantin heç də sosial şəbəkələrdə deyildiyi kimi çətin rejim deyil. ''Sahil Usta'' insanlara koronavirusla bağlı məlumatları sosial şəbəkələrdən yox, rəsmi mənbələrdən almağı tövsiyyə edir.

Qeyd edək ki, Azərbaycanda karantin müddəti 14-21 gündür. Sahil Usta bu günə qədər özünü normal hiss etdiyini və həkimlər məsləhət görərsə 14 günün tamamında evə çıxacağını deyir.

© xezerxeber.az


228 dəfə oxunub

ÇOX OXUNANLAR