Daxili Qoşunlar Sumqayıtda karantin rejiminə belə nəzarət edir - VİDEO

30.03.2020 20:57

Sumqayıtda xüsusi karantin rejiminin tələblərinə əməl olunmasına nəzarəti təmin etmək məqsədi ilə polis və daxili qoşunların şəxsi heyətindən ibarət mobil qruplar yaradılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədilə ölkə ərazisində xüsusi karantin rejimi davam edir. İnfeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən Sumqayıt şəhərində də sürücülər və sakinlər arasında profilaktik tədbirlər davam etdirilir. Bu məqsədlə paytaxtla yanaşı Sumqayıt şəhərində də xüsusi karantin rejimi tədbirlərinin gücləndirilməsi ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının hərbi qulluqçuları da polislə birgə xidmətə cəlb ediliblər.

Şəxsi heyət təlimatlandırılandan sonra əhali arasında profilaktik tədbirlərə daha da gücləndirilib. Sumqayıt şəhərinin bütün küçə və prospeklərində, park və xiyabanlarında xidmətə cəlb edilən polis və daxili qoşunların əməkdaşları insanları "evdə qal” kompaniyasına qoşulmağa səsələyib. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq xüsusi karantin qaydalarını pozan şəxslər barəsində isə qanun çərçivəsində tədbirlər görülüb.

Tədbir çərçivəsində Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən də sürücülər saxlanılaraq onlarla profilaktrik söhbətlər aparılıb. Nəqliyyat vasitələrinin sahibləri nizam-intizama dəvət edilib onlardan xüsusi karantin rejiminə əməl etmələri tələb edilir. Lüzumsuz yerə nəqliyyat vasitəsi idarə edənlərə xüsusi karantin rejiminin tələblərinə əməl edərək "evdə qal”kompaniyasına qoşulmaq tövsiyyə olunur.

Qeyd edək ki, Sumqayıt şəhərinin bütün nöqtələrində xüsusi karantin rejiminin tələblərinə əməl olunmasına nəzarəti təmin etmək məqsədi ilə polis və daxili qoşunlarln şəxsi heyətindən ibarət mobil qruplar vasitəsilə şəhərdə gündəlik olaraq əhalinin xüsusi karantin rejiminə əməl etməsinə nəzarət qətiyyətlə davam etdiriləcək. Nizam-intizami pozan şəxslər barəsində isə qanuni tədbirlərin görülməsi təmin olunacaq.

© xezerxeber.az


276 dəfə oxunub

XƏBƏRLƏR

01.06.2020 21:15

Ümid yeri - VİDEO

ÇOX OXUNANLAR