Azərbaycan Sahibkarlar Konfederasiyası təkliflərini hökumətə təqdim etdi - VİDEO

30.03.2020 20:25

Sahibkarlar Konfederasiyası sahibkarların yeni şəraitdə fəaliyyətinin təmin edilməsi üçün yeni təklifləri işçi qruplarına təqdim edib. Təkliflərdə sahibkarlara vergi güzəştlərindən tutmuş kommunal ödənişlərə qədər bir sıra dəstək mexanizmlərinin tətbiqi yer alıb.

Sahibkarlar Konfederasiyası mövcud vəziyyətdə sahibkarların rahat çalışması üçün hazırladığı təkliflər paketini işçi qruplarına təqdim edib.Qurum sahibkarların problemlərini və təkliflərini 14komissiya vasitəsilə araşdırıb.Təşkilatın katibinin müavini Xəqan Hümmətzadə bildirir ki, sahibkarlara bir sıra vergi güzəştləri tətbiq olunmalıdır. Burda əlavə dəyər vergisinə bir sıra güzəştlərin edilməsi də gündəmdədir. Təkliflərdə yer alan önəmli məsələlərdən biri də sahibkarların kredit borclarının həllini tapmasıdır.

Təkliflərdə sahibkarların ödədiyi kommunal ödənişlərin yüngülləşdirilməsi də yer alır.

Sahibkarlar Konfederasiyası iqtisadiyyatın müxtəlif sahələrinə yeni investisiyaların qoyulması üçün də təşviqedici addımların atılması ilə bağlı bir sıra təkliflər irəli sürüb.

Bundan başqa təkliflərdə bəzi məhsulların idxalı üzrə gömrük rüsumlarının azaldılması, icarə haqqlarının, sosial müdafiə xərclərinin tam və ya qismən subsidiyalaşdırılması kimi məsələlər də yer alıb. Qeyd edək ki, dövlət başçısının sərəncamı ilə yaradılan İşçi Qruplar bu müzakirələrin nəticələri əsasında təkliflər paketinin son variantını hazırlamalıdırlar.

© xezerxeber.az


101 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR