Koronavirusa yoluxan Mirvari Fətəliyeva: “Ciddiyə alın, xəstəliyi olmayan gəncləri də öldürür” - VİDEO

30.03.2020 20:19

Yeni növ koronavirus pandemiyası yayılmaqda davam edir. Paris-Azərbaycan evinin sədri, həmyerlimiz Mirvari Fətəliyeva da bu virusa yoluxub. O, artıq beş gündür ki, evdə karantin vəziyyətindədir. Fransada vəziyyətin acınacaqlı olduğunu deyən həmyerlimiz elə öz evindən "Xəzər Xəbər" vasitəsilə çağırış edib.

Koronavirus xaricdəki həmyerlilərimizdən də yan keçmir. Paris-Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva da bu virusa yoluxub. O, nəfəs darlığından əziyyət çəkir. Evində müalicə alan Mirvari Fətəliyeva Fransadakı mövcud vəziyyət və bu virusun törətdiyi fəsadlar barədə danışıb.

Yoluxanlar arasında ölüm hallarının əsasən yaşlılarda qeydə alındığı deyilsə də, Mirvari Fətəliyeva bunun həqiqətə uyğun olmadığını bildirib. Çünki virus Fransada kifayət qədər gənc və heç bir xəstəliyi olmayan adamların belə ölümünə səbəb olub.

Mirvari Fətəliyeva xəstəxanalarda yer olmadığından evdə müalicə alır. Bu vəziyyət onun övladları üçün xüsusilə risklidir, çünki onlar da bu virusa hər an yoluxa bilərlər. Mirvari Fətəliyeva çox gec olmadan insanları özlərini təcrid etməyə və evdə qalmağa çağırıb.

İndiki vəziyyətdə bu virusdan xilas olmağın tək yolu evdə qalmaq və karantin rejiminə riayət etməkdir.

© xezerxeber.az


295 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR