Supermarketlərdə məhsul qıtlığı yoxdur - VİDEO

30.03.2020 20:13

Obyekt sahiblərinin sözlərinə görə, anbarlarda da kifayət qədər qida və qeyri-qida malları var. Əməkdaşlarımızın mağazalarda apardığı müşahidələrin nəticəsi də ürəkaçandır.

İçəridə alıcı sıxlığı yoxdur. Bütün vitrinlər də məhsulla doludur.

Paytaxtdakı iri supermarketlərdə heç bir məhsulda qıtlıq yoxdur. Marketlərdən birinin direktoru bildirdi ki, son günlərdə alver 30 faiz artıb. Amma malların, xüsusilə də ərzaq məhsullarının çatışmzalığı yoxdur.

İşçi personalı da göstərişə uyğun olaraq gigiyenik qaydalara riayət etməklə fəaliyyət göstərirlər.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin nümayəndələri də vəziyyətə nəzarət etmək üçün mütəmadi şəkildə monitorinqlər aparırlar. Xidmətin şöbə müdiri Şahin Nağıyevin sözlərinə görə, məhsul qıtlığının yaranmasına heç bir əsas yoxdur.

Şahin Nağıyev bildirib ki, bundan sonra da heç bir məhsulda qıtlıq olmayacaq.

© xezerxeber.az


107 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR