Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Prezident İlham Əliyev: Səhiyyə sisteminin təkmilləşdirilməsi sahəsində böyük işlər görülüb - VİDEO

29.03.2020 21:15

"2004-cü ildən bu günə qədər 750-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Təsəvvür edin, əgər biz bu sahəyə fikir verməsəydik, bu gün bizim vəziyyətimiz əlbəttə ki, tələbatımızı təmin edə bilməzdi".

Xezerxeber.az-ın məlumatına görə, Birinci xanım Mehriban Əliyeva ilə birgə "Yeni klinika" tibb mərkəzinin açılışında iştirak edən Prezident İlham Əliyev belə deyib.

Dövlət başçısı yeni istifadəyə verilən tibb müəssisəsinin ən müasir avadanlıqlarla təchiz edildiyini və bura koronavirusa yoluxan xəstələrin yerləşdirilməsinin Azərbaycan dövlətinin öz vətəndaşına verdiyi dəyərin göstəricisi olduğunu vurğulayıb.

Dövlət başçısı son illər Azərbaycan həkimlərinin peşəkarlıq səviyyəsinin artdığını da vurğulayıb. Prezident bildirib ki, bu gün elə xəstəliklər müalicə olunur ki, əvvəlki illərdə bu xəstəliyin çarəsi yox idi. Ona görə Azərbaycan həkimləri, xüsusilə həkimlərin gənc nəsli, orta nəsli daim öz üzərində işləməlidir ki, bütün dünyada mövcud olan və yaranan yeni texnologiyalar, yeni müalicə qaydaları və üsulları bizdə də tətbiq olunsun.

Dövlət başçısı özəl müəssisələrini koronavirusla mübarizəyə təqdim edən sahibkarlara da təşəkkür edərək bunun ölkədə olan həmrəyliyin nümunəsi olduğunu vurğulayıb.

"Biz mütləq həm xəstələrə sahib çıxacağıq və çıxırıq, həm də ki, iş adamlarına",- deyən dövlət başçısı qeyd edib ki, onun tapşırığı ilə ayrılan 1 milyard manat və bu vəsaitin yönləndirilməsi üçün yaradılan 4 komissiya zərərin minimuma endirilməsi üçün fasiləsiz olaraq çalışır.

Koronavirusla Mübarizə Fonduna 90 milyon manat vəsait yığıldığını qeyd edən dövlət başçısı sadə vətəndaşların da bu fonda dəstək üçün atdığı addımları yüksək qiymətləndirib.

Bütün müsbət göstəricilərlə yanaşı, dövlət başçısı bəzi vətəndaşların laqeydliyinin dövlətin atdığı qabaqlayıcı tədbirlərə adekvat olmadığına da diqqət çəkib. Prezident İlham Əliyev bəzi vətəndaşların məsuliyyətsiz davranışının qəbuledilməz olduğunu bildirib.

Koronavirusla mübarizədə əsas yükün həkimlərin üzərinə düşdüyünü bildirən Prezident İlham Əliyev həkimlərin fədakarcasına xidmətlərini yüksək qiymətləndirib. Dövlət başçısı bildirib ki, onlar xalqımıza xas olan ən yüksək xüsusiyyətləri nümayiş etdirirlər və öz həyatlarını risk altına ataraq xəstələrə xidmət göstərirlər. Ona görə hər bir Azərbaycan vətəndaşı həkimlərə dəstək olmalıdır. Prezident İlham Əliyev onu da vurğulayıb ki, həkimlərə həmrəylik və dəstək üçün müxtəlif aksiyalar keçirilir və keçirilməyə davam edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






206 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR