Polis bölgələrdə maarifləndirmə - xəbərdarlıq işi aparır - VİDEO

29.03.2020 18:41

Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlərin həyata keçirilməsi və elan edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində Xaçmaz rayon polis şöbəsinin əməkdaşları da gücləndirilmiş iş rejimində çalışırlar.

Xezerxeber.az-ın məlumatına görə, maarifləndirmə tədbiri zamanı yaşı 65-dən yuxarı olan bəzi şəxslərin yenə də küçələrə çıxdıqları məlum olub. Polis karantin rejiminə əməl etməyənlərə ciddi xəbərdarlıq edib.

Şirvan polisi də küçələrdə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi ilə bağlı əhali arasında maarifləndirmə işləri aparır. Əhalinin sıx toplaşdığı ərazilərdə vətəndaşlara xəbərdarlıqlar edilib.

Küçələrdə müxtəlif bəhanələrlə gəzən yaşlılar evlərinə göndərilib.

Ölkədə karantin rejiminin gücləndirməsi nəticəsində Mingəçevirdə də bulvar istirahət mərkəzi, parklar və digər əyləncə mərkəzləri xüsusi lentlə qapadılmaqla vətəndaşların daxil olması qadağan elan edilib. Həmin məkanlardakı oturacaqlar istifadə edilməməsi üçün üst- üstə yığılıb.

Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları müxtəlif istiqamətlərdə karantin rejimi tələblərini pozan vətəndaşları müəyyən edərək onlara ciddi xəbərdarlıq edib.

Kür çayında gəmi gəzintiləri də tam dayandırlıb.

Karantin rejiminin gücləndirilməsindin sonra Göyçayda da parklar və insanların sıx toplaşdığı yerlərə girişlər qadağan olunub. Küçələrdə gəzən yaşlı insanlara xəbərdarlıqlar edilib.

Zəruri tədbirlərin görülməsi davam etdiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






207 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR