Polis Bakı, Sumqayıt və Abşerona aparan ara yollarda postlar qurub - VİDEO

26.03.2020 20:50

Magistrallardan kənarda olan ara və köməkçi yollardan istifadə etməklə Bakı, Sumqayıt şəhəri və Abşeron rayonuna nəqliyyat vasitələrinin daxil olmaması üçün polis postları təşkil olunub. Çünki bəzi sürücülər xüsusi karantin rejiminin tələblərindən yayınaraq magistraldan kənarda olan ara və köməkçi yollardan istifadə etməklə paytaxta, Sumqayıt şəhəri və Abşeron rayonuna keçməyə cəhd göstərir.

Xezerxeber.az-ın məlumatına görə, ara küçələrdə qurulan postlarda beli halların qarşısını alınır.

Həmin məntəqələrdə hər hansı neqativ halın yaşanmaması üçün stasionar postlaradakı vəziyyətə Təhlükəsiz Şəhər Xidmətinin kameraları vasitəsi ilə real vaxt rejimində nəzarət olunur. Ara və köməkçi yollarda təşkil olunan postlarda Daxili Qoşunların və ərazi polis orqanlarının əməkdaşları fasiləsiz xidmət aparırlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






419 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR