Çörək zavodlarının işində heç bir problem yoxdur - VİDEO

24.03.2020 20:17

Vətəndaşların ərzaq təlabatı ilə bağlıyarana biləcək problemlərinin qarşısı əvvəlcədən alınır.hazırda ölkədə fəaliyyət göstərən çörək zavodlarının işində heç bir problem yoxdur.

Əvvəlcə xəmir yoğrulur sonra isə kürə formasına salınır.Sonda sobada bişirildikdən sonra çörək tam hazır olur.Hazır olan çörəklər yük avtomobillərinə yüklənərək market və mağazalara aparılır.

Bura paytaxt ərazisində yerləşən çörək zavodlarından biridir.Zavodunun icraçı müdiri Elman Bağırovun sözlərinə görə,müəssisə öz gücü ilə fəaliyyətini davam etdirir.Yəni çörəyin istehsalında heç bir problem yoxdur.

Elman Bağırov deyir ki, hər zaman olduğu kimi hazırda da zavodun anbarında kifayət qədər ehtiyyat var.

Onu da qeyd edək ki,koronovirus təhlükəsinin qarşısını almaq üçün zavoda daxil olan hər bir əməkdaş xüsusi maye ilə əllərini dezinfeksiya edir və qoruyucu maskalar taxırlar.

© xezerxeber.az


92 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR