Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Şəmkir və İsmayıllıda oğurluq hadisələri olub - saxlanılanlar var - VİDEO

28.02.2020 20:20

Şəmkir rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabr ayında və cari ilin fevral ayında rayon ərazisində 10 fərdi yaşayış evindən oğurluq edən şəxs saxlanılıb.
Xezerxeber.az-ın məlumatına görə, Şəmkirdə aparılan araşdırmalarla müəyyən edilib ki, əvvəllər məhkum olunmuş, Samux rayon sakini, 40 yaşlı Elfaq Süleymanov rayonun Şiştəpə və Aşağı Seyfəli kəndlərindəki evlərə gizli yolla daxil olaraq oradan qızıl zinət əşyaları və müxtəlif məişət əşyaları oğurlayıb. Saxlanılan şəxs ifadəsində həmin kəndlərin sakinlərinin Rusiyada Federasiyasında olduqlarını bildiyini və ona görə oğurluq üçün həmin kəndləri seçdiyini bildirib. Oğurlanan əşyaların bir qismi maddi sübut kimi istintaqa təqdim edilib.
O da məlum olub ki, Elfaq Süleymanov Şiştəpə kəndində oğurluq məqsədi ilə ilk girdiyi evdə ev sahibinin Rusiyada olmasından istifadə edərək 5 gün qalıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

İsmayıllıda isə evdən oğurluq edən 2 nəfər saxlanıb. Rayonun İvanovka kənd sakini "102" zəng mərkəzi ilə əlaqə saxlayaraq ona məxsus evdən özünün olmadığı müddətdə qızıl-zinət əşyaları, pul və müxtəlif medalların oğurlanması barədə məlumat verib. Baxış zamanı zərərçəkmişə məxsus evdən 860 manat dəyərində qızıl-zinət əşyalarının, 124 manat pulun və müxtəlif medalların oğurlanması müəyyən edilib.

22 yaşlı Heydər Rezvanov və 24 yaşlı Nikolay Skokov şübhəli şəxs kimi saxlanıb. Onlar oğurladıqları qızıl-zinət əşyalarını Göyçay və İsmayıllı rayonlarında satdıqlarını bildiriblər.

Saxlanılan şəxslərin digər oğurluq əməllərində iştiraklarının olub-olmaması araşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






268 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR