Koronavirus təhlükəsinə görə avtobuslar dezinfeksiya edilir - VİDEO

28.02.2020 18:29

Koronavirus təhlükəsinə görə paytaxtda ictimai nəqliyyat vasitələri dezinfeksiya edilir.

Xezerxeber.az-ın məlumatına görə, dezinfeksiya işləri Bakı Nəqliyyat Agentliyi tərəfindən aparılır. 

Bu məqsədlə "BakuBus" MMC-də əks-epidemik dezinfeksiya tədbirləri həyata keçirilib.

Gecə saatlarından reysdən sonra gündəlik təmizlikdən keçən avtobuslar xüsusi dərman məhlullardan istifadə olunmaqla dezinfeksiya olunub.

İnsanların həm təmas, həm də hava damcı yolu ilə infeksion xəstəliklərə yoluxmasına qarşı olan dərman preparatları ilə hava limanı ekspress xətt avtobusları da dezinfeksiya edilib.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib ki, avtobuslarla yanaşı bu işlər dayanacaqlarda da görülür. Bakı Nəqliyyat Agentliyi avtobusların dezinfeksiya edilməsi məsələsini bütün daşıyıcılar qarşısında öhdəlik qoyub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az


212 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR