Bakı metrosunda qatarların hərəkətində fasilə yaranıb - VİDEO

27.02.2020 20:07

Bakı metrosunda qatarların hərəkətində fasilə yaranıb. Saat 15:48-də Metropolitenə gələn elektrik xətlərində gərginliyin düsməsi fasiləyə səbəb olub.

Xezerxeber.az-ın məlumatına görə, metroya daxil olmaq istəyən sərnişinlərə stansiyaya keçməyə icazə verilməyib..

Yaranmış vəziyyətlə bağlı Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlama verib.

Metrodakı nasazlıqla bərabər paytaxtın 20-ə yaxın kəsişmədə işıqforların fəaliyyəti də dayanıb.

İşıqforların işləmədiyi kəsişmələr barədə aidiyyəti üzrə məlumat verilib və həmin kəsişmələrdə hərəkət Dövlət Yol Polisi əməkdaşları tərəfindən tənzimlənib.

Bakıda elektrik enerjisinin verilməsində yaranan fasilə ilə bağlı "Azərnererji" Açıq Səhmdar Cəmiyyəti məlumat yayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az


238 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR