Xırdalanda binanın dam örtüyü uçub, 4 avtomobilə ciddi ziyan dəyib - VİDEO

27.02.2020 19:00

Dam örtüyünün uçması ciddi fəsadlara yol açıb. Həyətdə olan 4 avtomobil yararsız hala düşüb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Abşeron rayonu, Xırdalan şəhərində baş verib.

Şəhərin 22-ci məhəllə, 2 saylı binasının dam örtüyü uçaraq həyətdə olan avtomobillərin və yaxınlıqda olan xeyir-şər evinin üstünə düşüb. Nəticədə həm avtomobillər, həm də xeyir- şər evi ciddi zərər görüb.

Hadisə ilə bağlı Abşeron rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhər üzrə nümayəndəsi Rafiq Yusubov bildirib ki, ərazidə yaranmış problemə operativ reaksiya verilib. Yerə düşən dam örtükləri yığışdırılaraq ərazidən daşınıb. Binanın dam örtüyünün uçan hissəsi isə yaxın günlərdə təmir etdiriləcək. Rayon rəhbərinin tapşırığına əsasən, uçqun nəticəsində zərər görmüş avtomobil sahiblərinə köməklik göstəriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






312 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR