Bakıda soyğunçuluq edən şəxslər yaxalanıblar - VİDEO

27.02.2020 18:55

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları paytaxt ərazisində soyğunçuluqla məşğul olan şəxsləri saxlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, paytaxt sakini Rahil Əliyev polisə şikayətində idarə etdiyi "VAZ 21012” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan zaman nəqliyyat vasitəsinə müştəri kimi əyləşən naməlum şəxsin onu qorxudaraq 100 manat dəyərindəki "Samsung” markalı mobil telefonunu və 25 manat nağd pulunu əlindən alması barədə məlumat verib. Həmin hadisəni törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini Elvin Əliyev həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb. O, ifadəsində törətdiyi cinayəti etiraf edib.
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində Tbilisi prospekti 13 ünvanında yerləşən aptekin kassasından soyğunçuluq yolu ilə 2000 manat oğurlayan şəxs saxlanılıb. Əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş Sumqayıt şəhər sakini Vüsal Hüseynov tutularaq istintaqa təqdim edilib.

Qeyd edək ki, hadisə zamanı V.Hüseynov aptekə daxil olaraq satıcıdan əvvəlcə müxtəlif növ dərman vasitələri istəyib. Bundan sonra o, satıcının başının qarışıq olmasından istifadə edərək kassadakı pulu ələ keçirib. Araşdırma zamanı V.Hüseynov paytaxtın digər ərazilərində də eyni üsulla bir neçə aptekdən oğurluq etdiyi məlum olub.

Faktlarla bağlı hər iki şəxs barəsində Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Elvin Əliyevin və Vüsal Hüseynovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər.

© xezerxeber.az

FOTOQALERIYA






189 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR