Güclü külək Mingəçevir, Bərdə və Ucar rayonlarında fəsadlar törədib - VİDEO

26.02.2020 18:44

Güclü külək Mingəçevirdə bir sıra fəsadlar törədib.

Xezerxeber.az-ın məlumatına görə, təbiət hadisəsi zamanı şəhərin Müslüm Maqomayev prospektində iri şam ağacı piyada səkisinə aşıb.

Həmin ərazidə daha bir ağac da yol kənarına düşüb. Şəhərin Nəriman Nərimanov küçəsində 1 saylı tam orta məktəbin qarşısında isə iri ağac budağı 37 yaşlı qadının üzərinə düşüb. Nəticədə şəhər sakini Səbinə Ağasıyeva xəsarət alıb. Başından zədə alan qadın xəstəxanaya çatdırılıb. Şəhər ərazisində qamışlıq ərazidə yanğın da baş verib. Külək alovu ətrafa yaysa da yanğını ram etmək mümkün olub.

Güclü külək Bərdə rayonunda da təsirli olub. Rayonda daha çox yaşayış binaları, fərdi yaşayış evləri, elektrik və rabitə təsərrüfatına ziyan dəyib.

Bərdə Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, şiddətli külək rayon mərkəzi ilə bərabər bir çox kəndlərdə bir sıra yaşayış evləri, sosial obyektlər, tövlə və yardımçı tikililərin dam örtüklərini dağıdıb.

Güclü küləyin təsirindən rayonda 80-ə yaxın irigövdəli ağac aşıb. Aidiyyatı qurumların əməkdaşları tərəfindən yaşayış məntəqələrində təmir bərpa işləri aparılır.

Güclü külək Ucarda da fəsadlar törədib. Əsasən rayonun elektrik təsərrüfatına ciddi ziyan dəyib. Nəticədə rayon mərkəzi də daxil olmaqla bir çox yaşayış məntəqələrinə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Bundan başqa 16 mənzilli ikimərtəbəli yaşayış binasının dam örtüklərini külək uçurub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






223 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR