Türkiyə-İran sərhədində FƏLAKƏT YAŞANIR - Çox sayda ölü və yaralı var - VİDEO

24.02.2020 12:40

İranın qərbində, Türkiyə ilə sərhəd bölgədə növbəti dəfə güclü zəlzələ baş verib.

Türkiyənin NTV televiziyası xəbər verir ki, yerli vaxtla 19:00-da baş verən yeraltı təkanların gücü 5,9 bal olub. Məlumata görə, zəlzələnin episentri Qərbi Azərbaycan vilayətində yerləşib. Zəlzələ Türkiyənin Van vilayətində də hiss edilib. Hələki dağıntı və tələfat barədə məlumat yoxdur.

Xatırladaq ki, səhər saatlarında həmin bölgədə baş verən 5,9 bal gücündəki zəlzələ nəticəsində İranda onlarla insan xəsarət alıb. Türkiyənin Van vilayətində isə 9 nəfər həyatını itirib. Çox sayda tikili dağılıb.

publika.az

© xezerxeber.az


155 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR