Gecə saatlarında Türkiyədə GÜCLÜ ZƏLZƏLƏ: 20 dəfə silkələndi - VİDEO

24.02.2020 09:28

Türkiyənin Manisa şəhərində şiddətli zəlzələ olub.

Akhisar rayonunda meydana gələn 4,8 bal gücündə yeraltı təkanlar İzmir, Bursa və İstanbulda da hiss edilib.

Təbii Fəlakət və Fövqəladə Hallarla Mübarizə Agentliyinin xəbərinə görə, yerli vaxtla saat 05:43-də meydana gələn zəlzələnin episentri 7 km dərinlikdə olub.

Kandilli Rəsədxanası isə zəlzələnin 5 bal gücündə olduğunu açıqlayıb.

Manisa valiliyindən verilən açıqlamada təbiət hadisəsindən sonra tələfat və dağıntı olmadığı bildirilib.

Zəlzələdən sonra bölgədə 20 avterşok qeydə alınıb./publika.az

© xezerxeber.az


267 dəfə oxunub

XƏBƏRLƏR

08.04.2020 11:21

Tramp ÜST-ü tənqid etdi

ÇOX OXUNANLAR