Uşaqların qorxulu qar əyləncəsi - VİDEO

21.02.2020 18:44

Türkiyənin Hakkari vilayətində yağan qarın hündürlüyü bəzi yerlərdə üç metri keçib. Bu hal ən çox uşaqları sevindirib. Lakin onların təhlükəli oyunları da böyükləri narahat etməyə bilmir.

"HaberGlobal”ın bununla bağlı yayımladığı kadrlarda yarımçıq tikilən bir binada uşaqların əyləncəsi əks olunub.

Belə ki, binanın dördüncü mərtəbəsinə çıxan uşaqlar oradan qartəpəsinə tullanır. Sonra yaxınlıqdakı yeniyetmələr əllərində bellə oraya qaçaraq, uşağı batdığı qarın içindən çıxarırlar.

oxu.az

© xezerxeber.az


162 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR