Avropa Liqasının matçında maraqlı hadisə: Babel yerə yıxılan rəqibini təqlid etdi - VİDEO

21.02.2020 17:05

Avropa Liqasının 1/16 final mərhələsinin "Xetafe" - "Ayaks" matçında maraqlı hadisə baş verib.

İspaniya təmsilçisinin oyunçusu Allan Niom Rayan Babellə ikili mübarizə zamanı yerə yıxılıb. Hakimin oyunu dayandırması niderlandlı futbolçunu özündən çıxarıb.

Rəqibinin simuliyasiya etdiyinidüşünən Babel yerdə yuvarlanmağa başlayıb. Niomun ayağa qalxdıqdan sonra axsayaraq kənara çıxmasını görən 33 yaşlı futbolçu onu təqlid edib.

"Xetafe" - "Ayaks" qarşılaşması meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatıb.

© xezerxeber.az


133 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR