ŞAD XƏBƏR: Artıq Bakıda saatlarla tıxacda qalmayacaqsınız - VİDEO

20.02.2020 19:45

Bakıda ictimai nəqliyyatda fasiləsizliyi təmin etmək məqsədi ilə daha 19 küçə və prospektdə xüsusi avtobus zolaqları yaradılacaq. Bakı Nəqliyyat Agentliyi bu məsələni özündə əks etdirən təkliflər paketi hazırlayıb və aidiyyatı üzrə təqdim edib. Artıq bəzi təkliflərə müsbət rəy də verilib

Bakıda avtobusların tıxacda qalmasının qarşısı alınır. Bu məqsədlə tıxacların ən çox müşahidə edildiyi küçə və prospektlərdə çəkilən xüsusi avtobus zolaqlarının sayı artırılır. Bununla bağlı artıq Bakı Nəqliyyat Agentliyi təkliflər paketi hazırlayıb və ''yol hərəkəti təhlükəsizliyi komisiyyası''na təqdim edib. Paketdə nəzərdə tutulan layihələrin bəzilərinə müsbət rəy verilib.

Bu xəbərə ən çox sevinənlər avtobus sürücüləri və sərnişinlərdir.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, avtobuslar üçün xüsusi zolaqların çəkilməsinin bir sıra üstünlükləri var. Belə zolaqların tətbiqi tıxacda vaxt itirən sərnişinlərin səyyahət müddətini xeyli azaldacaq. Həmçinin şəxsi minik avtomobillərindən istifadəni də azaldacaq

Ekspert onu da bildirdi ki, bu təcrübə hələ 2020-ci ildən Moskva şəhərində tətbiq edilir. Şəbəkəli şəkildə ümumi uzunluğu 200 km-ə yaxın olan xüsusi zolaqların çəkilməsi şəxsi avtomobillərdən istifadəni 29% azaldıb.

© xezerxeber.az


679 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR