Bakıda 7 evdən oğurluq edən xalaoğlular tutuldu - VİDEO

19.02.2020 19:15

Bakıda evlərdən silsilə oğurluqlar edən qohumlar tutulub. Xalaoğlu olan həmin şəxslər oyun salonları və mağazalardan da oğurluq etdiklərini bildiriblər. Polis bundan başqa avtobusda sərnişinlərin cibinə girən şəxsi də tutub.

Xalaoğlular əlbir olub evlərdən silsilə oğurluqlar ediblər.

Hadisə paytaxtın Xəzər rayonu Binə qəsəbəsində baş verib.3-cü Polis Bölməsi əməkdaşları əməliyyat-axtarış tədbiri nəticəsində oğurluqlar edən Lənkəran şəhər sakinləri Vüsal Məmmədli və xalası oğlu Elxan Hüseynovu tutub. Araşdırma zamanı onların Binə qəsəbəsində 7 evdən pul, qızıl-zinət və məişət əşyaları, 2 ''play station'' salonundan ümumilikdə 18 ədəd oyun aparatı və 1 mağazadan ərzaq məhsulları oğurladıqları məlum olub.

Xətai Rayon Polis İdarəsinin əməkdaşları isə avtobuslarda çoxsaylı cibgirliklər edən şəxsi tutub. Əməliyyat-tədbiri zamanı sərnişinlərin sıx olduğu vaxtlarda 81,12 və 46 saylı xətt üzrə hərəkət edən avtobuslarda cibgirlik edən paytaxt sakini, əvvəllər məhkum olunmuş Fərid Kərimovu saxlayıb. Fərid Kərimov ifadəsindəavtobuslarda sərnişlərin cibindən pul, mobil telefon və digər qiymətli əşyalar oğurladığını bildirib

Fərid Kərimovun paytaxt ərazisində başqa analoji cinayətlər törətdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polisəməlumat verə bilərlər.

© xezerxeber.az


245 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR